İyunun 8-i ABŞ Prezidenti Co Bayden ilə Fransa Prezidenti Emmanuel Makron arasında görüş baş tutacaq.
Sozcu.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.
Məlumata görə, prezidentlər görüş zamanı Qəzza və Ukrayna məsələsi də daxil olmaqla bir sıra regional və qlobal məsələləri müzakirə edəcəklər.
Tərəflər Kiyevə kömək məqsədilə dondurulmuş Rusiya aktivlərindən istifadə planı ilə bağlı hələlik razılığa gəlməsələr də, ölkələrinin Ukraynaya dəstəyinə söz veriblər.
Bayden və Makronun NATO-nun gücləndirilməsi mövzusunu da müzakirə edəcəyi gözlənilir.