ABŞ ukraynalı pilotların Amerika istehsalı olan Qərb tipli F-16 təyyarələrində təlim keçməsini dəstəkləyir.
Sozcu.az "Ukrinform"a istinadla xəbər verir ki, bunu Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq çərşənbə axşamı Ukrayna pilotlarının birinci qrupunun təlimlərə hazır olması ilə bağlı xəbəri şərh edərkən deyib.
Onun sözlərinə görə, ABŞ prezidenti Co Bayden bunu mümkün etmək, həmçinin F-16-da ukraynalı pilotların təliminə dəstək vermək üçün "yaşıl işıq yandırıb”.
"Bildiyiniz kimi, hazırlıqlara Danimarka və Hollandiya rəhbərlik edir", - ABŞ müdafiə sözçüsü əlavə edib.
Sinq qeyd edib ki, hələlik Amerika tərəfdən qarşıdakı təlimin təfərrüatları ilə bağlı rəsmi açıqlama yoxdur.