ABŞ Prezidenti Co Bayden C-SPAN kanalında yayımlanan Ağ Ev Müxbirlər Assosiasiyasının illik qəbulunda zarafatla keçmiş Prezident Donald Trampı “altı yaşlı yuxulu Don” adlandırıb.
“Qonaqpərvərliyiniz üçün təşəkkür edirik. Amma lütfən sakit olun, Donald dinləyir. Mən altı yaşlı uşaqla yarışan yetkin bir adamam”, - deyə Bayden bildirib.
O, 2024-cü il seçkilərinin tam sürətlə getdiyini qeyd edərək, yaşın da problem olduğunu etiraf edib. Onun siyasi rəqibi ilə bağlı şərhi otaqda gülüşə səbəb olub. Bayden özünü əla hiss etdiyini vurğulayıb.
Qeyd edək ki, ABŞ-də prezident seçkisi noyabrın 5-də keçiriləcək. Tramp Respublikaçılar Partiyasından dövlət başçısı vəzifəsinə namizədliyini irəli sürmək üçün lazımi sayda nümayəndə səsini toplayıb. Bayden isə Demokrat Partiyasından geniş dəstək alıb.