Baş Qərargah: “Ukrayna ordusu Baxmutda mövqelərini möhkəmləndirir”

Ukrayna ordusu Donetsk vilayətinin Baxmut şəhərinin şimal və cənub hissəsindəki cəbhə xətti boyu mövqelərini möhkəmləndirir. 

Sozcu.az xəbər verir ki, bu barədə iyulun 5-də Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib.

Məlumata görə, Liman, Baxmut, Avdeyevsk və Marınsk istiqamətlərində ağır döyüşlər gedir, sutka ərzində 40 toqquşma olub.

Bildirilib ki, Ukrayna müdafiəçiləri Baxmutun cənub və şimal hissələrindən hücumu davam etdirir, əldə etdikləri mövqelərdə möhkəmlənirlər: “Düşmənin artilleriya atəşindən 15 yaşayış məntəqəsi əziyyət çəkib”. 

Share on Facebook