Ermənistan Respublikasının baş prokuroru Anna Vardapetyan eks-prezident Robert Köçəryanın və onunla əlaqəli 7 nəfərə məxsus 25 vahid daşınmaz əmlakın Ermənistanın xeyrinə müsadirə edilməsini tələb edib.
Sozcu.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, baş prokuror həmçinin Köçəryanın 5 avtomobilinin, 16 erməni və xarici hüquqi şəxsdə iştirak payının, 4 milyon dollardan çox depozit qiymətli kağızlarının müsadirə olunmasını istəyib.
Tələb Köçəryanın etirazına səbəb olsa da, məsələyə tezliklə baxılıb qərar veriləcək.