Basarkeçər sakinləri Paşinyana müraciət etdi: “Silah, tank, qoşun istəyirik”

“Ən yaxın yüksəklikdə türklər var və bu gün onlara qarşı çıxanlar cüzi maaş alırlar”.

Musavat.com Ermənistan mediasına istinadən xəbər verir ki, bunu fevralın 12-də Basarkeçərdə keçirilən etiraz aksiyası zamanı Mets Masrik kəndinin sakini David Qasparyan deyib.

“Burada, sərhəddə nə baş verdiyini bilən varmı? Qoy dövlət insanların Rusiyaya gedib beton tökməməsinə çalışsın, pul versinlər, insanlar vətənini müdafiə etsinlər. Əvvəllər Qarabağ bizim qapımız idi, indi bu qapılar yoxdur, indi qapı Vardenisdir. Bu bizim dağımızdır, onu qorumalıyıq, insanların Vardenisi tərk etməməsi üçün çalışmalıdırlar ki, bura Ağdama çevrilməsin. Burada vətəndaşların 90%-i əlinə silah alıb döyüşə bilir. Biz bir daha Paşinyana müraciət edirik - silah, tank, qoşun istəyirik. Gəncləri cəlb edin ki, gəlib kamikadze olsunlar”, - Qasparyan bildirib.

Share on Facebook