Bakının mərkəzində fantastik parklanma qiymətləri - Yarım saatı 2 manat...

Bakı Dəmir Yolu Vağzalının Süleyman Rəhimov küçəsi ilə Mirəli Qaşqay küçəsinin kəsişməsində yerləşən avtodayanacaq stansiyasında parklanma tarifləri müəyyənləşib.

Sozcu.az xəbər verir ki, qiymətlər parklanma müddətinə əsasən müəyyən edilir.

Bildirilir ki, ilk 15 dəqiqə sürücülər üçün pulsuzdur.

Parklanma qiymətləri aşağıdakı kimidir :

15-30 dəqiqə - bir manat,

30-60 dəqiqə - iki manat,

1-2 saat - dörd manat,

2-3 saat - altı manat,

3-5 saat – 10 manat,

5-7 saat - 14 manat,

7-10 saat - 18 manat,

10-15 saat – 22 manat,

15-20 saat – 26 manat,

20-24 saat – 30 manat.

Növbəti sutka üçün isə 30 manat nəzərdə tutulur.

Share on Facebook