Bakıda su borusu partladı

Nəsimi rayonunda su borusu partlayıb.

Sozcu.az Oxu.az-a istinadla xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb.

Məlumatda qeyd olunub ki, Nəsimi rayonu, Xan Şuşinski küçəsi ilə Hənifə Ələsgərov küçəsinin kəsişməsində su xəttinin partlaması nəticəsində dünən gecədən başlayaraq su yola axır.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin nümayəndəsi Neyman Səfərəliyev bildirib ki, həmin ərazidə 200 mm diametrli xətdə qəza baş verib:

"Uzun müddət istismarda olan köhnə xətdir. Çox güman ki, bu səbəbdən olub. Amma dəqiq səbəb qazıntı zamanı məlum olacaq. Qəzanın fəsadları yaxın saatlarda aradan qaldırılacaq".

Share on Facebook