Bakıda maşından 5 min manatlıq saat oğurlanıb

İyunun 11-də Nizami rayonunun Ş.Mirzəyev küçəsində yerləşən avtoyuma məntəqələrinin birində avtomobildən oğurluq edilməsi barədə polisə məlumat daxil olub.

DİN-dən Sozcu.az-a verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla “Chevrolet” markalı avtomobildən 5000 manat dəyərində qol saatının qeyri-aşkar şəraitdə oğurlanması məlum olunub.

Share on Facebook