Paytaxtın Sabunçu rayonunun Bilgəh qəsəbəsindəki ictimai çimərliyi maşınlar zəbt edib.
Sozcu.az Oxu.az-a istinadla xəbər verir ki, dənizə istirahətə şəxsi avtomobilləri ilə gələnlər çimərliyin ərazisinin böyük hissəsini tutublar.
Bu da həmin bölgədə dincələn digər vətəndaşların haqlı narazılığına səbəb olub.
Yaranmış mənzərə ictimai çimərlikdən istifadə edənlərin istirahətinə mane olub.