Bakıda ana və qızını avtomobil vurdu

Bakının Xətai rayonunda yol qəzası zamanı iki nəfər ağır xəsarət alıb.

Sozcu.az Apa-ya istinadən xəbər verir ki, qəza Gəncə prospektində baş verib.

Belə ki, 1991-ci il təvəllüdlü Fəridə Quliyeva anası 1967-ci il təvəllüdlü Rəsmiyyə Quliyeva yolun əks tərəfinə keçərkən onların hər ikisini avtomobil vurub.

Yaralılar hər ikisi ağır xəsarətlərlə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Faktı Xətai Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

Share on Facebook