Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib, 19 yaşlı gənc ölüb.
Sozcu.az APA-ya istinadla xəbər verir ki, 77-GK-835 dövlət nömrə nişanlı “Hammer” və 99-TY 561 dövlət nömrə nişanlı “Opel” markalı minik avtomobilləri toqquşub.
Hadisə nəticəsində “Opel” avtomobilində olan 19 yaşlı sərnişinin öldüyü bildirilir, xəsarət alan var.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Araşdırma aparılır.
