Bakıda 79 yaşlı qadın eyvandan yıxılaraq ölüb.
Hadisə Bakı şəhəri Yasamal rayonu S.Tağızadə küçəsi ev 76 mənzil 4 ünvanında baş verib.
Həmin ünvanda tək yaşayan 1944-cü il təvəllüdlü Məmmədli Ellaida Mirəsgər qızı 2-ci mərtəbənin eyvanının pəncərəsindən yıxılaraq xəsarət alıb.
O, Kliniki Tibbi Mərkəzə yerləşdirilib və orada vəfat edib.
Faktla bağlı Bakı şəhəri Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.