Bakıda 32 yaşlı kişi əvvəlcə döyüldü, sonra bıçaqlandı

09:49

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

Sozcu.az xəbər verir ki, Maştağa qəsəbəsində 1991-ci il təvəllüdlü Əlyar Mirzə oğlu Əsgərov əvvəlcə döyülüb, sonra bıçaqlanıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona baş nahiyəsində kəsilmiş bıçaq yarası diaqnozu qoyulub.

Fakt araşdırılır.

***

Bakıda 32 yaşlı kişini döyən şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verib.

Məlumata görə, sentyabrın 15-də Əlyar Əsgərovun döyülərək xəsarət alması barədə polisə məlumat daxil olub.

“Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Ələsgər Tağıyev müəyyən olunaraq saxlanılıb. İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş verib. Müvafiq ekspertizalar təyin olunub. Hazırda məsələ ilə bağlı araşdırma aparılır”, – məlumatda qeyd olunub.

Share on Facebook