Bakıda 2 yaşlı körpə xəstəxanada öldü

Bakıda iki yaşlı körpə xəstəxanada ölüb.

TƏBİB-dən Sozcu.az-a bildirilib ki, yol-nəqliyyat hadisəsi nəticəsində ağır xəsarətlər alan 2022-ci il təvəllüdlü azyaşlı (kişi cinsli) iyunun 13-ü saat 22:00 radələrində huşsuz vəziyyətdə Respublika Neyrocərrahiyyə Xəstəxanasına hospitalizasiya olunub.

Qeyd olunub ki, vəziyyəti ağır qiymətləndirilən azyaşlı dərhal Reanimasiya şöbəsinə yerləşdirilib, instrumental müayinələr aparılıb və zəruri tibbi xidmətlər göstərilib.

"Təəssüf ki, reanimotoloji tədbirlərə baxmayaraq, azyaşlının iyunun 14-ü saat 02:30 radələrində posthemorragik şok, baş beynin ağır dərəcəli əzilməsi, kəskin ürək-qan dövranı, tənəffüs pozuntuları diaqnozları ilə ölüm faktı qeydə alınıb", - məlumatda vurğulanıb.

Share on Facebook