Bakıda 15 yaşlı qız itkin düşüb.
“Report”un xəbərinə görə, hadisə mayın 27-də paytaxtın Binəqədi rayonu, Binəqədi qəsəbəsində qeydə alınıb.
Belə ki, 2008-ci il təvəllüdlü Aişən Zaur qızı Abbaslı evdən naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsində araşdırma aparılır.
Analoji hadisə Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsində də qeydə alınıb.
Şəhər sakini, 2007-ci il təvəllüdlü Aytən Mustafa qızı Orucova yaşadığı evdən çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.
Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsində araşdırma aparılır.