"Bakı və İrəvan iyunun 1-də Kişinyovda sülh sazişi imzalaya bilər" - "France Press"

İyunun 1-də Kişinyovda Bakı və İrəvan sülh sazişi imzalaya bilər.

Sozcu.az xəbər verir ki, bu barədə France Press (AFP) agentliyi Azərbaycan səfiri Leyla Abdullayevaya istinadən yazıb.

France Press bildirir ki, iyunun 1-də Kişinyovda Avropa Siyasi Birliyinin Sammiti zamanı Bakı və İrəvan sülh sazişi imzalaya bilər.

Diplomatik mənbələrdən verilən məlumata görə, Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolsun iştirakı ilə yüksək səviyyəli danışıqlar aparacağı planlaşdırılır.

“Biz ümid edirik ki, nəhayət iyunun 1-də Kişinyovda sülh müqaviləsi imzalanacaq”, – deyə Leyla Abdullayeva Parisdə bir qrup jurnalistə bildirib.

O əlavə edib ki, bu, “qaçırılmaması üçün tarixi fürsət olacaq”.

Share on Facebook