Bakı-Sumqayıt yolunda ağır qəza: 8 yaralı var

Bakı-Sumqayıt yolunda ağır yol nəqliyyat hadisəsi baş verib.

Sozcu.az Report-a istinadən xəbər verir ki, hadisə Xırdalan qəbirstanlığının qarşısındakı yolda baş verib.

Belə ki, "Opel" markalı avtomobillə "Chevrolet" markalı avtomobil toqquşub. Nəticədə nəqliyyat vasitələrində olan 8 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Share on Facebook