Azərbaycanlı gənc Rusiyada öldürüldü - FOTO

Azərbaycanlı gənc Rusiyanın Surqut şəhərində qətlə yetirilib.

Sozcu.az qafqazinfo-ya istinadla bildirir ki, Masallının Şatıroba kənd sakini Allahqulu Əlihüseyn oğlu Səfərov naməlum şəraitdə bıçaqlanaraq öldürülüb. Hadisə ötən gün qeydə alınıb.

Qətlin hansı zəmində törədilməsi hələlik məlum deyil.

Mərhumun yaxınlarının verdiyi məlumata əsasən, Allahqulu Səfərov doğulub-böyüdüyü Şatıroba kəndində dəfn ediləcək. Onun cənazəsinin Azərbaycana gətirilməsi istiqamətində iş aparılır.

Share on Facebook