Şərqi Azərbaycan əyalətinin Binab rayonunda iki fərqli yerdə baş verən ailə münaqişəsi zəminində 5 nəfər öldürülüb.
Sozcu.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Məlumata görə, Binab şəhərində 40 yaşlı ailə başçısı həyat yoldaşını, 15 yaşlı qızını və 11 yaşlı oğlunu qətlə yetirdikdən sonra inthar edib.
Bununla eyni vaxtda Binabın başqa bölgəsində 33 yaşlı şəxs ov tüfəngindən atəş açaraq 35 yaşlı qardaşını öldürüb.
Hər iki hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilib.