Azərbaycanla mühüm məsələlərdə razılığa gəldik

Brüssel danışıqları zamanı Azərbaycanla bir sıra mühüm məsələlərdə razılığa gəlmək mümkün olub.

Sozcu.az Report-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hakim Mülki Müqavilə Partiyasının deputatları ilə keçirdiyi toplantıda deyib.

O, Brüssel görüşünü müsbət qiymətləndirdiyini bildirib.

Məlumata görə, 2 saatdan çox davam edən və qapalı keçən iclasa bəzi nazirlər də qatılıblar. Toplantı Brüssel görüşünün nəticələrini qiymətləndirmək məqsədi ilə keçirilib.

Qeyd edək ki, mayın 14-də Belçikanın paytaxtı Brüssel şəhərində Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında görüş olub.

Share on Facebook