Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan və Ermənistan arasında yükdaşımalar zamanı Gürcüstan Dəmir Yollarının tətbiq etdiyi tariflərlə bağlı müəyyən məsələlərin mövcud olduğunu bildirib.
Sozcu.az xəbər verir ki, Paşinyan bu barədə jurnalistlərlə söhbətində danışıb.
Baş nazir problemin həll olunacağına ümid etdiyini deyib:
“Bilirəm ki, Ermənistan və Azərbaycan arasında malların gələcək daşınması ilə bağlı Gürcüstan dəmir yolu tarifləri ilə bağlı məsələlər var. Əgər bu məsələlər həll olunmasa, ümid edirəm ki, biznes idxal-ixracın təmin edilməsi üçün məntiqi alternativ yollar tapacaq”.
Qeyd edək ki, ötən gün Azərbaycandan yanacaqla yüklənmiş ilk qatar yola salınıb. Qatar Gürcüstan ərazisindən keçməklə yükü Ermənistana çatdıracaq. Məlumata görə, qatar 22 vaqondan ibarətdir və 1 220 ton Aİ-95 markalı benzin daşıyır. Gürcüstan bu yükü rüsumsuz daşıyacaq. Ümumilikdə isə istisna hal kimi Gürcüstan ərazisindən Azərbaycandan Ermənistana 2600 ton yanacağın rüsumsuz daşınması nəzərdə tutulub.
