Azərbaycanda valideyn himayəsindən məhrum uşaqların sayı sürətlə artır – Statistika

Bu ilin əvvəlinə olan məlumata görə Azərbaycanda internat müəssisələrində valideynlərini itirmiş (yetim) və valideyn himayəsindən məhrum olan 1459 uşaq təlim-tərbiyə alıb.

Yeniavaz.com-un açıqlanan rəsmi statistikaya istinadən apardığı hesablama göstrir ki, son bir ildə valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olan uşaqların sayı 7% və ya 96 uşaq artıb. Bu, həm də son 15 ildə qeydə alınan ən yükəsk göstərici olub.

Qeyd edək ki, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olan uşaqların 933-ü körpələr və uşaq evlərində, 414-ü ümumtəhsil internat məktəblərində, 31-i sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində, 81-i sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi internat məktəblərində təlim-tərbiyə görüb.

Azərbaycan müstəqillik əldə etdikdən – 1991-ci ildən sonra internat müəssisələrində təlim-tərbiyə alan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olan uşaqların sayı ən yüksək həddə 2003-cü ildə çatıb. Həmin il internat müəssisələrində 3 min 456 valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olan uşaq təlim-tərbiyə alıb. Sonrakı illərdə yetim və valideyn himayəsindən məhrum olan uşaqların sayı azalmağa başlasa da, son illər yenidən artmağa başlayıb. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olan uşaqların sayı ən aşağı səviyyəyə 2016-cı ildə düşüb. Həmin il internat müəssisələrində təlim-tərbiyə alan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olan uşaqların sayı 602 nəfər olub.

Son 10 ildə internat müəssisələrində təlim-tərbiyə alan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olan uşaqların sayı aşağıdakı kimi olub:

2014-cü il – 685 uşaq

2015-ci il – 611 uşaq

2016-cı il – 602 uşaq

2017-ci il – 639 uşaq

2018-ci il – 737 uşaq

2019-cu il – 862 uşaq

2020-ci il – 849 uşaq

2021-ci il – 771 uşaq

2022-ci il – 737 uşaq

2023-cü il – 1 363 uşaq

2024-cü il – 1 459 uşaq

Share on Facebook