Mərkəzi Bank tərəfindən açıqlanan son məlumata görə qızılın 1 qramının qiyməti 133,7 manata bərabər olub.
Sozcu.az xəbər verir ki, 1 qram qızılın qiyməti bu ilin yanvar ayının əvvəli ilə müqayisədə 19,2% və ya 21,5 manat bahalanıb.
Son 15 il ərzində isə qızılın qiyməti 5 dəfəyə yaxın artıb. Müqayisə üçün qeyd edək ki, 15 il əvvəl –2010-cu ilin əvvəlində Azərbaycanda qızılın bir qramı 29 manat olub.
Məlumat üçün onu da qeyd edək ki, zərgərlik dükanlarında satılan və qızıldan hazırlanan zinət əşyalarının qiyməti də sürətlə bahalanır. Bu ilin yanvar ayında 750 əyarlı 5 qram ağırlığında qızıl üzüyün orta satış qiyməti 598,5 manat olduğu halda, aprel ayında bu məbləğ 629 manata yüksəlib. Nəticədə son 4 ay ərzində 750 əyarlı 5 qram ağırlığında qızıl üzüyün orta satış qiyməti 5% bahalanıb.