Azərbaycanda qəbiristanlıqda VANDALİZM: baş daşlarını yerlə bir etdilər

Qusarda qəbiristanlıq dağıdılıb.

Hadisə Qılahoba kəndində qeydə alınıb. Naməlum şəxs qəbiristanlığa girərək, məzar daşlarını yerlə yeksan edib.

Bu barədə kənd sakinləri polisə müraciətində bildirib. Onların sözlərinə görə, naməlum şəxs ailə üzvlərinin qəbir daşlarını dağıdıb.

Kənd sakinlərinin müraciəti əsasında rayon Polis Şöbəsinin əməkdaşları hərəkətə keçiblər. Keçirilən əməliyyat-axtarış tədbirləri ilə qəbirləri dağıdan şəxsin 44 yaşlı Pərviz Eldarov olması müəyyən edilib. O, saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırma aparılır. Lent.az

Share on Facebook