“Azərbaycanda jurnalistlərin həbsi ilə bağlı son tendensiya dərin narahatlıq doğurur”.
Sozcu.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller keçirdiyi ənənəvi brifinqdə deyib.
“Biz Azərbaycan hökumətini hər kəsin, o cümlədən ifadə azadlığından istifadə edənlərin insan hüquqlarına və əsas azadlıqlarına hörmət etməyə çağırmaqda davam edirik”, - M. Miller bildirib.
O bildirib ki, ABŞ bu məsələni dəfələrlə Azərbaycan hökuməti ilə müzakirə edib.
Qeyd edək ki, Azərbaycanda son olaraq dekabrın 13-də araşdırmaçı jurnalist Hafiz Babalı saxlanılıb və o, noyabrın 20-dən etibarən Azərbaycanda saxlanılan 7-ci KİV nümayəndəsi olub.