Zaqatalada 18 yaşlı gənc əlində qumbara partlaması nəticəsində ölüb.
Sozcu.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.
Bildirilib ki, hadisə günorta saatlarında rayonun Pərzivan adlanan ərazisində baş verib. Rayonun Muxax kənd sakini Məhəmməd Kamal oğlu Ömərov ərazidən qumbara tapıb. M. Ömərov tapdığı qumara ilə ehtiyatsız davrandığından əlində partlayıb.
Hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan M. Ömərov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.