Azərbaycanda daha bir tələbə vəfat etdi

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Cəlilabad filialının Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının 4-cü tədris ilinin tələbəsi Könül Ramin qızı Ağayeva vəfat edib. 

Sozcu.az xəbər verir ki, bu barədə ADPU-nun Cəlilabad filialının məlumatında bildirilib. Ölümün səbəbi açıqlanmayıb. 

Filialın rəhbərliyi, professor-müəllim heyəti və tələbə kollektivi adından mərhum tələbənin ailəsinə  başsağlığı verilib. 

Allah rəhmət eləsin! 

Share on Facebook