Azərbaycanda 17 yaşlı oğlan anasını öldürdü

Xaçmaz rayonunda ağır qətl hadisəsi baş verib.

Sozcu.az Bizim.Media-ya istinadən xəbər verir ki, rayon sakini, 42 yaşlı Həqiqət Tərlan qızı Məmmədova kəsici alətlə qətlə yetirilib.

Hadisə ilə bağlı Xaçmaz polisi tərəfindən aparılan əməliyyat tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən mərhumun 17 yaşlı oğlu saxlanılıb.

Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda cinayət işi başlanılıb.

Share on Facebook