Azərbaycanda 15 yaşlı oğlan 2 nəfəri bıçaqladı

Sumqayıtda yeniyetmələrin mübahisəsi qanla nəticələnib. 

Sozcu.az xəbər verir ki, hadisə "Ceyranabatan bağları" adlanan ərazidə qeydə alınıb. 

Sumqayıt şəhər sakini, 2009-cu il təvəllüdlü Qasımov Elgün Vüsal oğlu, münaqişə zəminində, eyni təvəllüdlü İsmayılov Əli Faiq oğluna və 2007-ci il təvəllüdlü Manıyev Rasif Sabit oğluna bıçaqla xəsarətlər yetirib. 

Fakt araşdırılır. 

Share on Facebook