Erməni Telegram kanalları Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan və Qarabağla sərhəddə toplanması barədə iddialar yayırlar. Dünən baş nazir Paşinyan da öz çıxışında sərhəddə yenidən eskalasiya ehtimalının yüksək olduğunu bildirib.
Məsələnin maraqlı tərəfi budur ki, İran mediası da heç bir əsas olmadan eyni iddialarla çıxış edir.
Bu da İran və Ermənistan dayanışmasının növbəti sübutu sayıla bilər.
Məsələn, İranın molla mediası iddia edir ki, İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) "...Bakı Respublikasının (molla rejimi Azərbaycan adını çəkməyi də öz kirli mahiyyətinə yaraşdırmır-Red.) böyük qoşun kolonlarının hərəkətini qeydə alır". İran adlanan molla respublikasının saytları iddia edir ki, rəsmi Bakı "...Qafqazda regional müharibəyə başlamaq niyyətindədir".
Arxasınca da heç bir əsası olmayan bu yalançı iddiaya guya cavab verərək, Azərbaycanı "düşmən" adlandırır və təhdid edir. Sitatı yazaq ki, oxucularımız bu həyasızlıqla tanış olsunlar və bir az da gülsünlər: "İran İslam Respublikası Qafqazın təhlükəsizliyinə cavabdehdir və düşmənlərin istənilən niyyətini kökündən məhv etmək fikrindədir".
Öz xalqını təmin və idarə edə bilməyən, xalqlar həbsxanasına çevrilən İran Qafqazın təhlükəsizliyinə cavabdehmiş. Başlarına haradan gəldiyini hələ də müəyyən edə bilmədikləri dronlar yağır, ərazisində yaşayan xalqlar aclıqdan və səfalətdən, haqsızlıqdan və zülümdən bezərək, üsyana qalxıb, rejimi devirmək istəyir, bunlar da özlərini "Qafqazın təhlükəsizliyinə cavabdeh" sayırlar. Ölkənin hakim zümrəsi olan mollalar ictimai yerdə xalqın qorxusundan əmmamə ilə gəzə bilmirlər. Yanlarından keçən hər kəs dərhal onların əmmamələrini vurub, başlarından salır. Bu bədbəxtlərsə görün nələrə iddia edirlər.
Yazının sonunda İranda yeni trend olan əmmaməsalma hobbisinə dair videoları təqdim edirik! Başında sarığı qoruya bilməyın molla rejimi Qafqazı Azərbaycandan qoruyacaqmış.Müsavat.com