Tanınmış güneyli aktivist və yazıçı Əkbər Azad Azərbaycan xalqının özünə tanıdığı haqq-hüququ başqa xalqlara da tanıdığını lakin Azərbaycanın tarixi torpaqlarına göz tikənlər barədə əsla güzəştə getməyəcəyini deyib.
O, Abbas Lisnainin mənzilində xeyli digər geneylilərin iştirakı ilə görüşdə Güney Azərbaycanın hüquqları üzrə təşkilatlanmanın əhəmmiyyəti barədə danışıb.
“Təşkilat formasına fəaliyyət göstərmək və təşkilatlanmaq xalqımızın haqq və hüquqlarını almaq istiqamətdə vacib bir məsələdir. Lakin beynəlxalq qurumlarda xalqımızın təmsil oluna bilməsi üçün təşkilat qurmaq prosesi şəffaf və demokratik şərtlər əsasında olunmalıdır”
Aktivist Azərbaycan xalqının tarixin müəyyən çağlarında kürdlərə mənsub terrorist qruplar tərəfindən soyqırıma məruz qaldığını deyib.
“Mühacir kürdlər bir neçə on il ərzində qonşu ölkələrdən Azərbaycana sığınıblar.
Lakin Azərbaycan xalqının onlara sayğı ilə yanaşmarlarından öz məqsədlərinə istifadə etməməli, Azərbaycanın ərazi bötüvlüyünü tanımalı və sayğı ilə yanaşmalıdırlar.
Əks halda İraqda çaxnaşmalar nəticəsində Azərbaycana sığındıqları kimi, gəldikləri yerlərinə qayıtmalıdırlar.”
Xatırladaq ki, İran-İraq müharibəsi zamanı Səddam Hüseyn rejiminin tərəfindən kürd xalqına təzyiq nəticəsində onlardan təxminən 70 min nəfəri Güneyin müxtəlif şəhərlərində, o cümlədən Urmuda yerləşdirilib.
Kürdlərin məhz Güneydə yerləşdirilməsindən məqsəd isə İran hakimiyyətinin siyasətləri olaraq Güney Azərbaycanda etnik tərkibin türklərin ziyanına dəyişdirmək olub.
Mühacirlər hal hazırda Qərbi Azərbaycan, xüsusilə Urmuya torpaq iddiaları ilə çıxış edirlər.