Azərbaycan Ordusunun zabiti bədbəxt hadisə nəticəsində həlak olub.
Sozcu.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
"Azərbaycan Ordusunun zabiti Seydullah Sadiq oğlu Məhərrəmovun baş vermiş bədbəxt hadisə nəticəsində həlak olması ilə bağlı məlumatı təsdiq edirik.
Faktla bağlı araşdırma aparılır.
Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir. Allah rəhmət eləsin!", - məlumatda deyilir.