Azərbaycan neftinin qiyməti 84 dollara DÜŞDÜ

"Azeri Light" markalı Azərbaycan nefti 2 dollara yaxın ucuzlaşıb.

Sozcu.az xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,59 ABŞ dolları, yaxud 1,86 % azalaraq 84,07 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Share on Facebook