Azərbaycan məni niyə həbs etmədi? – Şahramanyan

Azərbaycanda qəbul edilən qərarları şərh edə bilmərəm. Həbslə bağlı qərarları azərbaycanlılar verib.

Sozcu.az xəbər verir ki, bu sözləri Qarabağdakı keçmiş separatçı-terrorçuların özünü buraxan keçmiş başçısı Samvel Şahramanyan Ermənistanda mediaya açıqlamasında deyib.

“Hazırda haqqımda niyə həbs qərarının verilmədiyini bilmirəm. Düşünürəm ki, zamanla bunun cavabını alacağıq”, - deyə o bildirib.

Qeyd edək ki, 2023-cü ilin 28 sentyabrında Samvel Şahramanyan qondarma qurumun özünü buraxdığı haqda “sərəncam” imzaladıqdan sonra Azərbaycanı tərk edə bilib.

Share on Facebook