İlk günlərdən “Xəzər” telekanalının rəhbəri Murad Dadaşov başda olmaqla çalışdığım telekanalın hər bir əməkdaşı mənim yanımdadır. Onlar bir gün də olsa məni tək buraxmayıblar.
Sozcu.az xıbır verir ki, bu sözləri Globalinfo.az-a Xəzər TV-nin aparıcısı Aytən Səfərova efirə buraxılmaması iddiaları haqda danışarkən deyib.
O, xəbərləri təkzib edib:
“Sadəcə, səhhətimlə bağlı özüm, ailəm və həkimlər işə çıxmağımı məqbul saymırdılar. Ona görə də “Xəzər” telekanalında efirə buraxılmamağım haqqında yayılan məlumatlar böyük bir dezinformasiyadır. Özüm də o xəbəri oxuyan zaman şoka düşdüm. Lakin belə şayiələrə fikir vermək lazım deyil. Hətta bir ara məlumat yaymışdılar, guya rəhmətə getmişəm”.
A.Səfərova efirə nə zaman qayıdacağını açıqlamayıb:
“Düzü, bu haqda danışmaq istəmirəm, hələ tezdir. Hazırda əsas məsələ mənim psixoloji və ümumi səhhətimin tam yerinə düşməsidir. Amma Xəzər TV mənim üçün, mən də onlar üçün dəyərliyəm”.