"Hazırda avtomobil bazarında ucuzlaşma müşahidə olunur. Bu, qısamüddətli vəziyyətdir. Bazarda yeni avtomobillər çoxaldıqca, zamanla qiymətlər də stabilləşəcək”.
Bunu Bakupost.az -a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli deyib.
O qeyd edib ki, ucuzlaşmaya səbəb köhnə avtomobillərdir. Bu avtomobillərin çoxu taksi kimi istifadə olunurdu. Yeni qaydalara görə, köhnə avtomobillər artıq taksi xidməti göstərə bilmir. Ona görə də sahibkarlar avtomobillərini satmağı üstün tuturlar. Bu da istər-istəməz qiymətlərə öz təsirini göstərir:
“Bir müddət sonra bazarda qiymətlər yenidən stabilləşəcək. Avtomobil gətirən sahibkar köhnə maşına tələbat olmadığını görüb daha onları gətirməyəcəklər. Artıq daha bahalı avtomobillər idxal ediləcək. Beləliklə, bazar stabilləşəcək. Gətirilən avtomobillərin dəyəri artacaq”.