Təcrübəli sürücülər, bir avtomobili almadan əvvəl, onun köhnəlmə sürəti ilə maraqlanırlar.
Sozcu.az verir ki, mütəxəssislər yenidən satmaq üçün sərfəli olmayan 10 avtomobilin adını açıqlayıb.
Lider üç illik istifadədən sonra ilkin dəyərinin 55,8%-ni itirən “Acura RLX” sedanı olub.
İkinci yerdə üç illik istismardan sonra qiymətinin 55,6%-ni itirən “Lincoln MKZ” sedanı qərarlaşıb.
Üçüncü yeri eyni dövr ərzində dəyərini 55,4% itirən “Mercedes-Benz E-Class” biznes sinif avtomobili tutub.
Dördüncü yerdə 54,8% ucuzlaşma ilə lüks sedan “Jaguar XF” qərarlaşıb.
İlk altılığa həmçinin “Cadillac XTS” və “Lincoln MKZ” Hybrid daxildir ki, onların hər biri üç il ərzində öz dəyərinin 54,5%-ni itirir.
İlk 10-luq siyahısına həmçinin “Kia K900” (54,4%), “BMW 5 Series” (53,8%), “Cadillac CTS” (53,8%) və “Audi A6” (53,3%) kimi modellər daxildir.konkrert)