Cənubi Afrika Respublikasında (CAR) avtobusun körpüdən aşması nəticəsində azı 45 sərnişin ölüb.
Sozcu.az xəbər verir ki, SABC radiostansiyası məlumat yayıb.
Hadisə Limpopo vilayətində baş verib. Sürücünün idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi körpüdən aşıb və Mokopane ilə Marken arasındakı dağ aşırımına düşərək yanıb.
Hadisə nəticəsində 45 nəfər ölüb.
Məlumata görə, yalnız 8 yaşlı qız faciədən sağ qurtulmağı bacarıb.