Ermənistan Avropa İttifaqına (Aİ) daxil olmaq üçün müraciət edə bilər, ölkənin icmaya inteqrasiyası ilə bağlı növbəti qərar bütün Aİ ölkələrinin razılığından asılıdır.
Sozcu.az xəbər verir ki, bunu “İzvestiya”ya müsahibəsində Avropa Komissiyasının nümayəndəsi Piter Stano deyib.
“Ölkələrin öz xalqları üçün daha yaxşı gələcək naminə səy göstərmək hüququ var. Aİ-yə üzvlüklə bağlı hər bir Avropa ölkəsi - onun xalqı və hökuməti İttifaqa üzv olmaq üçün müraciət edib-etməyəcəyinə qərar verməlidir”,-deyə Stano vurğulayıb.
Onun sözlərinə görə, hər hansı dövlət Aİ-yə daxil olmaq üçün müraciət edən kimi üzv dövlətlər bu müraciəti nəzərdən keçirir və sonra Aİ müqavilələri və müəyyən edilmiş meyarlar əsasında müvafiq qərar qəbul edirlər.