Sumqayıt Şəhər Məhkəməsində əmlakı qəsdən məhv etmə və ya zədələmədə təqsirləndirilən Mahir Quliyevin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Sozcu.az-ın əldə etdiyi məlumata görə, hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
İttihama görə, hadisə 09 oktyabr 2022-ci il tarixdə, saat 01:30 radələrində Sumqayıt şəhəri, Qurd dərəsi bağları ərazisində qeydə alınıb.
Belə ki, Mahir Quliyev atası Sahib Quliyevə (şərti) məxsus kafe və bərbərxanadan ibarət olan qeyri-yaşayış obyektini içərisindəki əşyalarla birlikdə qəsdən yandırıb. Nəticədə o, zərərçəkmiş şəxsə ümumilikdə 5 786 manat maddi ziyan vuraraq atasının əmlakını qəsdən məhv edib.
Məhkəmə iclasında Mahir Quliyev özünü təqsirli bilib. O deyib ki, atası Sahib Quliyev ilə münasibətləri pisdir. Son zamanlar aralarında mübahisələr yaranmışdı. Səbəb isə atası 5 ilə əvvəl ona məxsus evi banka girov qoyaraq 30 000 ABŞ dolları pul götürməsi və həmin pulu ödəməməsi olub.
Mahir Quliyev söyləyib ki, atası Sahib Quliyev həmin kreditin yalnız 16 000 manatını ödəyib. Bu səbəbdən də bankla Mahirin arasında mübahisə yaranıb. Daha sonra Sahib bankdan götürdüyü kredit ilə “Mersedes” markalı avtomaşın alıb. Aata ilə oğulun arasında söhbət zamanı Sahib ona təsərrüfat yaradacağını və onu da orada nəzarətçi qoyacağını deyib. Ancaq atası dediklərinin heç birini etməyib.
Hadisədən bir gün əvvəl hər iki şəxs arasında mübahisə yaranıb. Mübahisə zamanı atası onu təhqir edərək kafedən qovub. O, kafeni yandıracağını bildirərək oradan çıxıb gedib. Daha sonra Mahir gecə saatlarında kafeyə bitişik olan bərbərxananı açaraq ora daxil olub və salfetka götürüb, obyektin içərisində olan əşyaları yığıb yandırıb. Bundan sonra o, kafeyə gedib və orada olan taxta stolları yığıb. Həmin stolları isə salfetka ilə yandırıb. Sonra digər otaqda da yanğın törədib.
Mahir Quliyev əməlindən peşman olduğunu bildirib.pravda)