Ata və 6 yaşlı oğlu ağır qəzaya düşdü, biri öldü

İmişli rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsində ata ölüb, övladı isə yaralanıb.

Sozcu.az xəbər verir ki, hadisə İmişli şəhər Mikayıl Müşfiq küçəsində qeydə alınıb.

Xəlil Akif oğlu Quliyevin idarə etdiyi "Mersedes" markalı minik avtomobili hasara çırpılıb və aşıb. Hadisə nəticəsində sürücü ölüb, avtomobildə olan 6 yaşlı oğlu Akif Quliyev isə xəsarət alaraq İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Share on Facebook