“Biz Qarabağı qaytara bilərik, lakin ağlımızda, qəlbimizdə, yaddaşımızda ondan imtina etsək, itkisi qaçılmaz olacaq”.
Sozcu.az xəbər verir ki, bunu Ermənistanın Respublikaçılar Partiyasının vitse-prezidenti Armen Aşotyan deyib.
Dünyanın, o cümlədən Ermənistanın Qarabağı Azərbaycan ərazisi kimi tanıması reallığını unudan Aşotyan iddia edib ki, guya “artsax” problemi qlobal siyasi əhəmiyyət kəsb edir:
“Mənim üç maddəlik şərtim var. Birinci şərt “artsax”ın qaytarılmasını arzu, məqsəd, ümumxalq ideyası kimi qəbul etməkdir. İkinci şərt bu məqsədə çatmaq üçün kompleks səylər göstərmək, erməni potensialını tam üzə çıxarmaq və istiqamətləndirmək, dövləti gücləndirməkdir.
Üçüncü şərt əlverişli beynəlxalq vəziyyət, geosiyasi iqlimin yaranmasıdır. Tarix sübut edir ki, bu da mümkündür. Mən öz yanaşmamı qısaca xülasə etsəm, “artsax”ı qaytarmaq üçün biz işləməli və əlverişli şəraitdə istəyimizi həyata keçirməyə hazır olmalıyıq. Bunun mümkün olduğunu yəhudilər sübut etdilər: təxminən 2000 ildən sonra Qüdsü geri aldılar. Mənim təsvir etdiyim alqoritmlə Paşinyan bir araya sığmır. Ona görə də ilk növbədə Ermənistanda hakimiyyətin dəyişdirilməsinə ehtiyac var”.
Qeyd edək ki, A.Aşotyanın bu iddiası erməni müxalifətinin Nikol Paşinyanı qaralamaq cəhdindən başqa bir şey deyil. Ermənistan əhalisinin sürətlə azaldığı bir vaxtda hansısa “yəhudi düsturu”ndan danışan Aşotyan Qüdsün 2000 il sonra “qaytarılması”na işarə edir. Onun məntiqi ilə ermənilər Qarabağı 4023-cü ildə qaytara bilərlər. Lakin əhalisinin sürətlə azaldığı bir vaxtda ermənilərin o tarixə qədər varlığını davam etdirməsi mümkünsüz görünür.globalinfo)