Argentina və Kanadadan qələbə

Futbol üzrə Amerika Kubokunda 2-ci tura start verilib.

Sozcu.az xəbər verir ki, A qrupunda Kanada Peru ilə qarşılaşıb. Matç Kanadanın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 74-cü dəqiqədə Conatan Devid vurub. 

Qrupun digər matçında isə Argentina millisi Çili üzərində eyni hesabla qalib gəlib. Lautaro Martinez 88-ci dəqiqədə rəqib qapısına yol tapıb.

Hazırda A qrupunda Argentina 6 xalla liderdir. Kanada 3 xalla 2-ci, Çili ilə Peru isə hərəyə 1 xalla 3-4-cü yerləri bölüşülər.

Share on Facebook