Bu gün futbol üzrə Amerika Kubokunda 3-cü turun 2 oyunu keçirilib.
Sozcu.az xəbər verir ki, B qrupunda əvvəlcə Meksika Ekvadorla qarşılaşıb. Oyunda qalib müəyyənləşməyib - 0:0.
Qrupun digər oyununda Venesuela Yamaykanı böyük hesabla məğlub edib - 3:0. 49-cu dəqiqədə Eduard Bello hesabı açıb. Solomon Rondon 56-cı, Erik Ramirez isə 85-ci dəqiqədə fərqlənib.
B qrupunda Venesuela (9 xal) və Ekvador (4 xal) 1/4 finala vəsiqə əldə edib.
Ekvador 1/4 finalda Argentinaya rəqib olub. Kanada isə bu mərhələdə Venesuela ilə qarşılaşacaq.