Sabiq “müdafiə naziri” və keçmiş “prezident” arasında qarşıdurma yaşandı...
Dünən – avqustun 29-da Xankəndindəki qanunsuz “qanunverici orqan”ın növbədənkənar “sessiyası” zamanı separatçı-terrorçu rejimin keçmiş “prezidenti” Arkadi Qukasyan və qondarma “təhlükəsizlik şurası”nın keçmiş katibi və sabiq “müdafiə naziri” Samvel Babayan arasında qarşıdurma baş verib .
Sozcu.az xəbər verir ki, “Hraparak” qəzetinin yazdığına görə, onların ziddiyyətləri uzun tarixə malikdir: :2000-ci ildə Qukasyana qarşı sui-qəsd baş verib, onun təşkilatçısı Samvel Babayan olub. O, 14 il müddətinə azadlıqdan məhrum edilib , lakin 4 ildən sonra Robert Köçəryanın vasitəçiliyi ilə Arkadi Qukasyan onu əfv edib .
“Amma onlar əbədi düşmən olublar. Dünənki sessiyada , Artsaxdakı vəziyyətin müzakirə edildiyi və iştirakçılar öz fikirlərini bildirəndə , Qukasyan fürsəti əldən verməyib və “ bəzilərini ” düzgünlüyə çağırdı , onları bu vəziyyətdə siyasi dividendlər əldə etmək üçün çirkin cəhdlər etməməyə çağırdı . O, Samvel Babayanın son bəyanatına istinad edərək Araik Arutyunyandan həmin bəyanatlara , xüsusən də “zirzəmi razılaşmaları ” na dair açıqlama verməsini tələb edib .
Arutyunyan Babayanın öz son bəyanatlarında “zirzəmi razılaşmaları” haqda dediklərini tamamilə təkzib etməli olub , sonuncu isə bir kəlmə belə danışmayıb.
Xatırladılır ki, Babayan “səkkizliyi ” Arutyunyanla razılığa gəlməkdə, yeni növbəti “prezident” və “hökumət”in tərkibini müəyyənləşdirməkdə ittiham edib. Həmin 8 nəfər arasında təxminən iki həftə əvvəl Arayik Arutyunyanla görüşən və istefa vermək niyyətini müzakirə edən keçmiş “president”lər Bako Saakyan və Arkadi Qukasyan da var .moderator)