Araikin hələ istefa vermək niyyəti yoxdur...-Xankəndindən “rəsmi” cavab gəldi...

Azərbaycan torpağında Kremlin himayəsi altında baş separatçılıq edən və Azərbaycan dövlətinin  3 ilə yaxındır ki, İnterpolla beynəlxalq axtarışa verdiyi Araik Arutyunyanın Xankəndindəki qondarma “prezident” kürsüsündən istefaya getmək niyyəti yoxdur.

Sozcu.az xəbər verir ki, bu barədə Tert.am-a baş separatçının mətbuat katibi Lusine Avanesyan dünəndən internetdə A. Arutyunyanın istefaya getməsi ilə bağlı yayılan informasiyaları şərh edərkən danışıb.

“Dünən prezidentin tam iş günü var idi. Bir sıra görüşlər keçirildi, görüşlərdə istər yaranmış hərbi-siyasi vəziyyətlə bağlı, istərsə də Azərbaycanın blokadaya alınması ilə əlaqədar ölkənin gündən-günə artan daxili problemlərinin həlli yolları ilə bağlı aktual məsələlər müzakirə olundu. Azərbaycan”, - deyə mətbuat katibi izah edib.

Xatırladaq ki, ötən gün sosial şəbəkələrdə Arayik Arutyunyanın gündəlik iş saatlarından sonra tutduğu vəzifədən istefa verməsi ilə bağlı xəbərlər yayılmışdı.

Share on Facebook