Araik Xankəndidə görün harada gizlənibmiş - Erməni jurnalist AÇIQLADI

Erməni jurnalist Tatul Akopyan Arayik Arutyunyanın saxlanılmasının bəzi təfərrüatlarını açıqlayıb.

Sozcu.az Yenisabah.az-a istinadən xəbər verir ki, bu barədə o, “Telegram” hesabında məlumat yayıb.

Jurnalistin sözlərinə görə, Arutyunyan səhmdarlarından biri olduğu Xankəndi konyak zavodunda saxlanılıb: “DTX-nin xüsusi təyinatlı dəstəsi onu Tumanyan küçəsində yerləşən zavodda həbs edərək Bakıya aparıb”, – o, yazıb.

Akopyanın bu iddiası sosial şəbəkələrin erməni seqmetində müzakirələrə səbəb olub. Xankəndidən könüllü köçmüş ermənilər müzakirələr zamanı bəzi gizli məqamlara aydınlıq gətiriblər. Onlar Araikin gizləndiyini təsdiqləsələr də, ehtiyat tədbirlərinə yetərincə diqqət ayırmadığını bildiriblər. Arutyunyanın gizləndiyi məkandan tez-tez yaxın silahdaşlarına telefon açdığı və şəhərdəki son durumla bağlı onlardan məlumat aldığına dair iddialar var. Vaxtilə Araiklə eyni küçədə yaşamış ermənilər Rusiya sülhməramlılarının onu öz qanadları altına alacağına inandığı üçün təhlükəsizlik tədbirlərinə xüsusi önəm vermədiyini vurğulayıblar.

Share on Facebook