Araik Arutyunyanın nümayəndəsi də dindirilmək üçün istintaqa cəlb edildi...

Gorbagor(!) “artsax”ın iki aya yaxındır ki, Bakıda həbsdə olan keçmiş qondarma “prezidenti” Araik Arutyunyanın təhlükəsizlik və təxliyə məsələləri üzrə nümayəndəsi Vahan Badasyan dindirilmək üçün Ermənistan İstintaq Komitəsinə çağırılıb. 

Sozcu.az xəbər verir ki, bu haqda “Johovurd” gündəlik qəzeti yazıb.

Qəzetin əldə etdiyi məlumata görə, V.Badasyan Ermənistan Cinayət Məcəlləsinin 330-cu (Zorakılığa açıq çağırışlar, zorakılığa ictimai əsaslandırma və ya təbliğat, habelə bu məqsədlə material və ya əşyalar yayma) maddəsi ilə dindirilib.

Armlur.am-ın yazdığına görə isə, 44 günlük savaş zamanı “Hadrut müdafiə bölgəsi”nin birinci batalyonunun komandiri olmuş Vahan Badasyan dindirilmək üçün Ermənistan İstintaq Komitəsinə dəvət olunub. 

“Məlumatı onun müdafiəçisi Rafael Martirosyandan öyrənməyə çalışdıq və o, məlumatı təsdiqləyib. Ancaq vəkili Badasyanın hansı cinayət işi üzrə dindirilməyə çağırıldığını açıqlamaq istəməyib. Bizə məlum oldu ki, o, sosial səhifəsində ictimai çıxış yazıb ki, hüquq-mühafizə orqanları əməkdaşlarının fikrincə, bu, zorakılığa çağırışdır. Lakin V.Badasyan  konkret hansı yazıya görə dindirilməyə aparıldığını, hələ ki, öyrənə bilməmişik”,- deyə erməni nəşri bildirir.

Share on Facebook