Son vaxtlar market, aptek və digər ictimai-iaşə məntəqələrində alış-veriş edən zaman, ödəniş müqabilində verilən qəbzlərin ƏDV-ləri bir çox hallarda vətəndaşlara geri qaytarılmır. Bunun müxtəlif səbəbləri var.
Bəzi hallarda müştərilərə təqdim olunan qəbzin barkodunu telefonla skan etmək mümkün olmur. Bəzən isə işin içinə dələduzluq girir. Daha dəqiq desək, vətəndaşa əlavə dəyər vergisi ilə bağlı qaytarılmalı olan məbləğ önəcədən istifadə edilir. Bu hallarla bağlı şikayətlər ən çox apteklərlə bağlı səsləndirilir. Bəs görəsən, vətəndaşlar belə vəziyyətlərdə nə etməlidir?
Mövzu ilə bağlı Yenisabah.az-a danışan Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, sözügedən hallarla bağlı son aylar şikayətlər xeyli artıb: socar vakansiya
“Bu hal mövcuddur və son 5 ay ərzində daha çox artıb. Burada digər problem isə odur ki, bəzən skayner və telefon həmin qəbzi ya oxuya bilmir ya da bir neçə gündən sonra oxuyur. Bunun texniki səbəbini mən bilmirəm”.
Eyyub Hüseynov belə situasiya ilə qarşılaşan müştərilərin “195” qaynar xəttinə məlumat vermələrini tövsiyə edib:
“Bu dövlətin sosial siyasətinin biznes qurumları tərəfindən pozulması, sabotaj edilməsidir. Belə hallarda vətəndaşlar İqtisadiyyat Nazirliyinin Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin “195” qaynar xəttinə məlumat vermələrini tövsiyə edirəm”.